Helsinkinin Rusiyanın Finlandiyadakı bəzi obyektlərinə məhdudiyyətlər qoyması ilə bağlı rəsmi bildirişlər Moskva tərəfinə gəlməyib.
APA xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Zaxarovanın sözlərinə görə, Moskvanın tələbi ilə Finlandiya hakimiyyət orqanları vəziyyətə aydınlıq gətirdikdən sonra məsələyə hüquqi qiymət veriləcək.