Bank Of Baku

Rusiya XİN: Finlandiya NATO-ya daxil olduqdan sonra bu ölkədə nəzərəçarpacaq hərbi fəallıq qeydə alınıb

Rusiya XİN: Finlandiya NATO-ya daxil olduqdan sonra bu ölkədə nəzərəçarpacaq hərbi fəallıq qeydə alınıb
# 21 avqust 2024 22:59 (UTC +04:00)

Moskva Finlandiyanın NATO-ya üzvlüyündən sonra ölkənin hərbi fəallığının artdığını qeydə alıb.

APA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

“Bu ölkənin NATO-ya daxil olduqdan sonra Finlandiyada nəzərəçarpacaq dərəcədə artan hərbi fəallığını qeydə almışıq”, - Zaxarova vurğulayıb.

Zaxarova həmçinin vurğulayıb ki, Helsinkinin siyasəti indi Rusiyanı “strateji məğlubiyyətə” uğratmaqdan ibarətdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR