Bank Of Baku

Rusiya XİN Finlandiya və İsveçin NATO üzvlüyü ilə bağlı xəbərdarlıq edib

Rusiya XİN Finlandiya və İsveçin NATO üzvlüyü ilə bağlı xəbərdarlıq edib
# 15 aprel 2022 13:50 (UTC +04:00)

Finlandiya və İsveçin Şimali Atlantika Alyansına qoşulması onların təhlükəsizliyinin möhkəmlənməsinə kömək etməyəcək, bu ölkələr “NATO-nun ön xəttində” olacaqlar.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“NATO-ya üzvlük onların milli təhlükəsizliyini gücləndirmək iqtidarında deyil. Onlar avtomatik olaraq NATO-nun ön xəttində olacaqlar", - Rusiya XİN sözçüsü vurğulayıb.

Zaxarovanın sözlərinə görə, Finlandiya və İsveç anlamalıdır ki, onların NATO-ya mümkün üzvlüyü Rusiya Federasiyası ilə münasibətlərə və Avropanın təhlükəsizliyinə təsir edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR