Rusiya Xarici İşlər Nazirliyi Moskvada HAMAS Siyasi Bürosunun üzvü ilə müzakirə olunan məsələləri açıqlayıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya XİN-dən RBK-ya bildirilib ki, bu gün nazir müavini Mixail Boqdanovla HAMAS Siyasi Bürosunun üzvü Əbu Mərzuk arasında girovların azad edilməsi, rusiyalıların və əcnəbi vətəndaşların Qəzza zolağından təxliyəsi müzakir edilib.