Rusiya XİN İran və İsrail arasında eskalasiyanın mümkünlüyünü istisna etməyib

Rusiya XİN İran və İsrail arasında eskalasiyanın mümkünlüyünü istisna etməyib
# 05 may 2024 05:58 (UTC +04:00)

Rusiya Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Şimali Afrika Departamentinin direktoru Aleksandr Kinşak bildirib ki, Fələstin-İsrail problemi səbəbindən İran və İsrail arasında gərginliyin təkrarlanması mümkündür.

APA xəbər verir ki, diplomat bunu “RIA Novosti”yə müsahibəsində deyib.

Onun sözlərinə görə, Moskva təmaslarda tərəfləri zorakılığın yeni mərhələsinin təhlükəli xəttindən geri çəkilməyə çağırır.

Diplomat qeyd edib ki, Tehrandan hərbi eskalasiyanın daha da artmasında maraqlı olmaması ilə bağlı açıq ictimai siqnallar var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR