Bank Of Baku

Rusiya XİN: Moldova növbəti dəfə qeyri-dost yanaşma nümayiş etdirib

Rusiya XİN: Moldova növbəti dəfə qeyri-dost yanaşma nümayiş etdirib
# 02 may 2023 12:35 (UTC +04:00)

Rusiya Moldovanın Qaqauziya muxtariyyətində gedən prosesləri diqqətlə izləyir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qaqauziya rəhbəri seçkilərinin birinci turu ilə bağlı KİV-in "Aprelin 30-da Qaqauziyanın Başkanı üçün seçkilər keçirildi. Birinci turun nəticələrinə görə, qalib müəyyənləşməyib. Qarşıdan ikinci tur gəlir. Bu hadisəni necə şərh edərdiniz?" sualına cavabında bildirib.

O qeyd edib ki, Rusiya ilə sıx mədəni-humanitar, mənəvi, ticarət-iqtisadi və regionlararası əlaqələri olan Qaqauz muxtariyyətində gedən proseslər diqqətlə izlənilir.

"Rusiya nümayəndələri həmişə bu regionun rəhbərinin seçkilərini müşahidəsində iştirak ediblər. Təəssüflər olsun ki, bu dəfə Rusiyanın Moldovadakı səfirliyinə bir sıra digər ölkələrin diplomatik nümayəndəliklərinin əməkdaşlarından fərqli olaraq belə imkan yaradılmayıb. Moldova hakimiyyət orqanlarına edilən müvafiq müraciətlərə isə rədd cavabı verilib.

Təbii ki, milli və yerli seçkilərə beynəlxalq müşahidəçilərin dəvət olunması dövlətlərin daxili işidir. Bununla belə, diqqətə çatdırmaq istərdik ki, Moldova Respublikasının iştirakçı olduğu 2002-ci il MDB-yə üzv dövlətlərdə demokratik seçkilərin standartları, seçki hüquqları və azadlıqları haqqında Konvensiyaya əsasən, o, öz üzərinə beynəlxalq müşahidəçilərin milli səviyyədən aşağı, bələdiyyə (yerli) səviyyəyə qədər keçirilən seçki proseslərinə çıxışını asanlaşdırmağa çalışmaq barədə öhdəlik götürüb. Oxşar öhdəlik 1990-cı il ATƏM Kopenhagen Sənədində də öz əksini tapmışdır, hansı ki, təşkilatın sonrakı qərarlarında dəfələrlə təsdiqlənib. Beləliklə, rəsmi Kişinyov növbəti dəfə Rusiyaya qarşı qeyri-dost yanaşma və ikili standartlara meylli olduğunu nümayiş etdirib.

Biz seçkilərin ikinci turunu səbirsizliklə gözləyirik və ümid edirik ki, seçicilərə öz iradələrini həqiqi ifadə etmək imkanı veriləcək. Ümid edirik ki, regionun yeni seçilmiş rəhbərliyi ölkəmiz və Rusiyanın regionları ilə ənənəvi əlaqələrin inkişaf etdirilməsi xəttini davam etdirəcək", deyə Rusiya XİN sözçüsünün yazılı cavabında qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR