Bank Of Baku

Rusiya XİN: Moskva və Ankara dinc Cənubi Qafqazda maraqlıdır

Rusiya XİN: Moskva və Ankara dinc Cənubi Qafqazda maraqlıdır
# 25 may 2025 13:52 (UTC +04:00)

Moskva və Ankara dinc və proqnozlaşdırıla bilinən Cənubi Qafqazda maraqlıdır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Türkiyə xarici işlər naziri Hakan Fidanın mayın 26-27-də Moskvaya səfəri öncəsi yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, səfər zamanı Rusiya XİN başçısı Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidanla Cənubi Qafqazda əməkdaşlığın dərinləşdirilməsi, o cümlədən nəqliyyat əlaqələrinin və kommunikasiyaların açılması, regionun münaqişədən sonra yenidən qurulması məsələlərinin ətraflı müzakirəsini planlaşdırırlar. "Rusiya və Türkiyə dinc və proqnozlaşdırıla bilən Cənubi Qafqazda maraqlıdır. Buna 3+3 Regional Əməkdaşlıq Platforması çərçivəsində birgə səylərlə nail olmaq olar. Moskva Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini alqışlayır", - deyə Rusiya XİN-nin bəyanatında bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR