Bank Of Baku

Rusiya XİN: Moskva və Pekin strateji tərəfdaşlığı gücləndirmək üçün çalışır

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 15 fevral 2023 13:53 (UTC +04:00)

Moskva və Pekin strateji tərəfdaşlıqlarını gücləndirmək üçün çalışırlar.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında “Hökumət saatı”nda bildirib.

“Çinli dostlarımızla birlikdə tarixən görünməmiş yüksək səviyyəyə çatan ikitərəfli strateji tərəfdaşlığı gücləndirmək üçün enerji ilə çalışırıq. Moskva və Pekin arasında mövcud əlaqə formalaşmaqda olan çoxmərkəzli arxitekturanın əsasını möhkəmləndirir”, - Rusiya XİN başçısı vurğulayıb.

Onun sözlərinə görə, Rusiyanın Hindistanla xüsusi üstünlüklü strateji tərəfdaşlıq münasibətləri inkişaf edir, Braziliya, İran, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Türkiyə, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası ilə əlaqələr möhkəmlənir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR