Rusiya Xarici İşlər Nazirliyi Gürcüstan mətbuatında ölkələr arasında diplomatik münasibətlərin bərpası istiqamətində görülən işlər barədə məlumatı şərh edib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya XİN hesab edir ki, məlumat Gürcüstanın müxalifət mənbələri tərəfindən yayılır.
"Biz gürcü müxalifət resurslarının tirajladığı müxtəlif “şaiyələri” şərh etməyin mənasını görmürük" - məlumatda deyilib.
Qeyd edək ki, Gürcüstan və Rusiya arasında diplomatik əlaqələr üzrə işlərin aparılması barədə məlumatı bir gün əvvəl, iyunun 11-də Gürcüstanın “Mtavari Arxi” telekanalı yayıb.