Bank Of Baku

Rusiya XİN NATO-nu Arktika ölkələrinin iqtisadi əməkdaşlığına müdaxilə etməkdə ittiham edib

Rusiya XİN NATO-nu Arktika ölkələrinin iqtisadi əməkdaşlığına müdaxilə etməkdə ittiham edib
# 11 fevral 2023 13:31 (UTC +04:00)

Rusiya Xarici İşlər Nazirliyi NATO-nu Arktika ölkələrinin iqtisadi əməkdaşlığına müdaxilə etməkdə ittiham edib.

APA-nın Moskva müxbirinin məlumatına görə, Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri, Arktika Şurasının yüksək vəzifəli şəxslər komitəsinin sədri Nikolay Korçunov bildirib ki, Şimali Atlantika Alyansı Arktikada digər ölkələrin iqtisadi əməkdaşlığına getdikcə daha çox müdaxilə edir.

O qeyd edib ki, son vaxtlar Qərb tərəfdaşlarının çıxışlarında “qarşıdurma” kimi terminlər səslənir.

"Əlbəttə, bu, o qədər də nikbinlik yaratmır, çünki biz ənənəvi olaraq Arktikaya sülh, aşağı hərbi-siyasi gərginlik və konstruktiv əməkdaşlıq zonası kimi baxırıq", - deyə rusiylı diplomat əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR