Rusiya Federasiyası böyük həcmli turist axını olan ölkələrdə yeni konsulluqların açılması məsələsini müzakirə edir.
APA TASS-a istinadən xəbər verir ki, bunu Rusiya XİN rəhbərinin müavini Yevgeni İvanov deyib.
O həmçinin bildirib ki, Rusiya Avropa ölkələrində konsulluqların bağlanması və diplomatların ixtisara salınması təşəbbüsünü irəli sürməyə hazırlaşmır.
İvanov onu da deyib ki, ölkədən çıxışa əlavə məhdudiyyətlərin tətbiqi planlaşdırılmır.