Rusiya XİN: Peycerlərin kütləvi partlaması terrorun yeni növüdür

Rusiya XİN: Peycerlərin kütləvi partlaması terrorun yeni növüdür
# 20 sentyabr 2024 10:52 (UTC +04:00)

Moskva Livandakı hadisələrin inkişafından narahatdır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, peycerlərin kütləvi partlaması terror aktlarının və texnologiyadan istifadənin tamamilə yeni növüdür.

Zaxarova deyib ki, Rusiya bir neçə günlük misli görünməmiş terror kiberhücumlarından sonra Livanda baş verən hadisələrdən dərin narahatdır.

Diplomat qeyd edib ki, İsrailin Livanda genişmiqyaslı hərbi əməliyyatına başlaması fəlakətli nəticələrə səbəb olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR