Bank Of Baku

Rusiya XİN: Qərbin Moskvanın "Taxıl sazişi"nin bərpası ilə bağlı tələblərini yerinə yetirmək perspektivləri görünmür

Rusiya XİN: Qərbin Moskvanın "Taxıl sazişi"nin bərpası ilə bağlı tələblərini yerinə yetirmək perspektivləri görünmür
# 06 sentyabr 2023 16:06 (UTC +04:00)

BMT-nin "Taxıl sazişi" ilə bağlı dörd yeni təklifi yeni deyil və Rusiyanın kənd təsərrüfatı ixracının normallaşması üçün əsas ola bilməz.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

Bildirilib ki, "Taxıl sazişi" çərçivəsində Rusiya-BMT memorandumu faktiki olaraq dayandırılıb, BMT Moskvaya görülən işlər barədə hesabatların göndərilməsini dayandırıb.

"Qərbin Rusiyanın taxıl sövdələşməsinin bərpası ilə bağlı tələblərini yerinə yetirməsi perspektivləri görünmür. Rusiya yerli ərzaq və gübrə ixracını davam etdirəcək ki, bu da dünya qiymətlərinin sabitləşməsinə kömək edəcək", - deyə Rusiya XİN-nin bəyanatında vurğulanıb.

O da qeyd olunub ki, Moskva, Ankara və Dohanın Türkiyədə emal olunmaq üçün 1 milyon ton taxıl tədarükü və ən yoxsul ölkələrə göndərilməsi layihəsinə böyük tələbat var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR