“Qərbin Rusiyanın dərinliklərinə zərbələr endirilməsi ilə bağlı qərarından xəbərdarıq”.
APA-nın məlumatına görə, bunu TASS-a müsahibəsində Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib:
“Artıq prezident Vladimir Putin bu məsələdə qətiyyətli mövqeyini bildirib. Qərb müvafiq qərarı bir müddət əvvəl qəbul edib və rəsmi Kiyevi də məlumatlandırıb”, S.Ryabkov qeyd edib.