Bank Of Baku

Rusiya XİN rəhbəri "Vaqner"in Afrika ölkələrindəki taleyinə aydınlıq gətirib

Rusiya XİN rəhbəri "Vaqner"in Afrika ölkələrindəki taleyinə aydınlıq gətirib
# 30 iyun 2023 13:17 (UTC +04:00)

"Vaqner" Özəl Hərbi Şirkətinin Afrikada olması məsələsi birbaşa Afrika ölkələrinin bu şirkətlə bağladığı müqavilələrlə tənzimlənir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov yerli və xarici media üçün keçirdiyi onlayn birifinqdə bildirib.

Muzdlu silahlı birləşmənin Afrika ölkələrindəki taleyinə aydınlıq gətirən Rusiya XİN başçısı vurğulayıb ki, Afrika ölkələri ilə "Vaqner" arasında müqavilələrin taleyi bu dövlətlərin özlərindən asılıdır.

Qeyd edək ki, "Vaqner" özəl hərbi şirkəti Mərkəzi Afrika Respublikası daxil olmaqla Afrikanın bir sıra ölkəsində fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR