Serbiyanın Ukraynaya mümkün sursat tədarükü məsələsini diqqətlə izləyirik.
APA xəbər verir ki, bunu XİN Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Serbiyanın Kiyev rejiminə döyüş sursatı verə biləcəyi ilə bağlı mətbuatda yayılan xəbərləri necə şərh edə bilərsiniz?”, sualına cavab olaraq XİN rəsmisi qeyd edib ki, məsələ Moskvanın diqqət mərkəzindədir və Serbiya Milli Assambleyasında (parlament) bu yaxınlarda Ukraynaya sursat göndərilməsi ətrafında gedən müzakirələr izlənilib.
“Daxil olan məlumatlar, əlbəttə ki, bizi çox narahat edir. Rusiya-Serbiya münasibətləri nöqteyi-nəzərindən çox ciddi məsələdir. Mahiyyəti üzrə reaksiya vermək üçün faktlara söykənmək lazımdır”, – Zaxarova əlavə edib.