Rusiya XİN Sloveniyanın Moskvadakı diplomatik missiyasının əməkdaşını "persona non-grata" elan edib

Rusiya XİN Sloveniyanın Moskvadakı diplomatik missiyasının əməkdaşını "persona non-grata" elan edib
# 12 aprel 2024 12:33 (UTC +04:00)

Rusiya Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin əməkdaşının ölkədən çıxarılmasına cavab olaraq Sloveniyanın Moskvadakı diplomatik missiyasının bir əməkdaşını "persona non-grata" (arzuolunmaz şəxs) elan edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Rusiya Xarici Siyasət İdarəsi bəyan edib ki, bu, Lyublyana tərəfindən Rusiya-Sloveniya əlaqələrini pozmağa yönəlmiş növbəti qeyri-dost addımdır.

Rusiyanın respublikadakı səfirliyinin əməkdaşının əsassız olaraq akkreditasiyadan məhrum edilməsi ilə bağlı Sloveniya səfirinə etiraz elan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR