Bank Of Baku

Rusiya XİN: Stoltenberq daha bizi maraqlandırmır, o, vurulmuş NATO pilotudur

Mariya Zaxarova

© APA | Mariya Zaxarova

# 16 fevral 2022 19:27 (UTC +04:00)

“Bizi Stoltenberqin (Yens Stoltenberq-red.) verdiyi bəyanat maraqlandırmır. Hələ aydınlaşdıra bilməmişəm ki, o, baş katibdir, ya bankirdir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Rusiya XİN sözçüsü NATO baş katibinin dediklərinin ölkəsini maraqlandırmadığını söyləyib: “O, daha bizi maraqlandırmır. Bu, o adam deyil ki, dedikləri Moskvada ciddi arqumentlər kimi qəbul olunsun. O artıq vurulmuş NATO pilotudur. Ona görə də, biz ciddi söhbətə yönələcəyik, əgər buna qərbli həmkarlarımız hazırdırlarsa... Prezidentimiz, xarici işlər naziri və müdafiə nazirimiz dediyi kimi cavab (Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərinə ABŞ və NATO-nun reaksiyasına cavab-red.) hazırlığın final mərhələsindədir, o veriləcək və nəşr olunacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR