Rusiya Xarici İşlər Nazirliyi Talibanın Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirakdan imtina etməsi ilə bağlı xəbərləri təkzib edib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin ikinci departamentinin direktoru, RF prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulovun sözlərinə görə, Əfqanıstan hökumətinin əmək naziri artıq Sankt-Peterburqa yola düşüb.
Qeyd edək ki, Rusiya XİN və Ədliyyə Nazirliyi Talibanın terrorçu təşkilat siyahısından çıxarılması təklifi ilə çıxış edib.