Bank Of Baku

Rusiya XİN: Ukrayna ilə bağlı ilkin şərtləri qəbul etmirik

Rusiya XİN: Ukrayna ilə bağlı ilkin şərtləri qəbul etmirik
# 14 noyabr 2022 13:02 (UTC +04:00)

Rusiya Ukrayna ilə bağlı ilkin şərtləri, o cümlədən qoşunların çıxarılması tələbini qəbul etmir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

Onun sözlərinə görə, dialoqda yerdəki vəziyyət nəzərə alınmalıdır.

Rusiya XİN başçısının müavini əlavə edib ki, ölkəsi Fransa və Avstriyanın heç bir diplomatik səyini müşahidə etmir və onların danışıqlara çağırışları ritorikdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR