Bank Of Baku

Rusiya XİN Ukrayna ilə danışıqların təşkilinə görə Türkiyəyə təşəkkür edib

Mariya Zaxarova

© APA | Mariya Zaxarova

# 29 mart 2022 17:49 (UTC +04:00)

Rusiya Ukrayna ilə danışıqların təşkilində vasitəçilik səylərinə görə Türkiyəyə minnətdardır.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Biz Türkiyəyə Rusiya-Ukrayna danışıqlarının aparılması və ümumilikdə vəziyyətin nizamlanması üçün göstərdiyi vasitəçilik roluna və vasitəçilik səylərinə görə həqiqətən minnətdarıq", - Rusiya XİN sözçüsü vurğulayıb.

Qeyd edək ki, bu gün İstanbulda Dolmabağça sarayında Moskva ilə Kiyev arasında danışıqların yeni raundu keçirilib. Görüş təxminən üç saat davam edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR