Bank Of Baku

Rusiya XİN: UNESCO susmalı olduğu yerdə siyasiləşdirilmiş bəyanat verməyə üstünlük verib

Mariya Zaxarova

© APA | Mariya Zaxarova

# 09 mart 2022 15:44 (UTC +04:00)

“UNESCO susmağı bacarır”.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyini rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə UNESCO-nun baş direktorunun Ukraynanın ərazi bütövlüyü ilə bağlı bəyanatına münasibət bildirərkən deyib.

Rusiyalı diplomat UNESCO-nu mandatına uyğun hərəkət etməməkdə günahlandırıb.

“UNESCO susmalı olduğu yerdə siyasiləşdirilmiş bəyanat verməyə üstünlük verib. Üstəlik, onlar susmağı bacarırlar. (Ukraynanın Donbass bölgəsində son 8 ildə baş verən humanitar hadisələrə münasibət nəzərdə tutulur – red. )”, deyə Zaxarova bu gün keçirdiyi brifinqdə UNESCO-nu sərt tənqid edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR