Bank Of Baku

Rusiya Xodorkovskini yenidən axtarışa verib

Rusiya Xodorkovskini yenidən axtarışa verib
# 09 yanvar 2024 14:22 (UTC +04:00)

Rusiya Daxili İşlər Nazirliyi iş adamı Mixail Xodorkovskini yenidən axtarışa verib.

APA-nın Moskva müxbiri xəbər verir ki, iş adamı Rusiya ordusu haqqında feyk məlumatlar yaymaqda ittiham olunur.

Xodorkovski Rusiya Federasiyasının Ədliyyə Nazirliyi tərəfindən xarici agent kimi tanınıb.

Qeyd edək ki, Xodorkovski 1995-2003-cü illərdə “Yukos” neft şirkətinin rəhbəri olub. 25 oktyabr 2003-cü ildə mənimsəmə və vergidən yayınma ittihamı ilə həbs edilib. Həbs olunduğu zaman o, dünyanın ən varlı adamlarından biri olub, sərvəti 15 milyard dollar qiymətləndirilib.

2005-ci ildə o, Rusiya məhkəməsi tərəfindən dələduzluq və digər cinayətlərdə təqsirli bilinib. “Yukos” şirkəti iflas proseduruna məruz qalıb. 2010-2011-ci illərdə yeni ittihamlarla 14 il müddətinə azadlıqdan məhrum edilib. 10 il 2 ay həbsdə olub. 2013-cü ilin dekabrında Xodorkovski Prezident Putin tərəfindən əfv olunub və azadlığa çıxıb.

Daha sonra keçmiş oliqarx Avropaya köçərək ordan ictimai-siyasi fəaliyyətə başlayıb. Rusiyanın hazırki hakimiyyətinə müxalif olan Xodorkovski Moskvanın Ukraynada apardığı xüsusi hərbi əməliyyata qarşı çıxıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR