Rusiya Yaponiyanı militarizm siyasəti ilə bağlı keçmişin dərslərini daha yaxşı xatırlamağa çağırıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan məlumatda bildirilib.
Qeyd olunub ki, Yaponiya-ABŞ alyansının Rusiya və Çinə qarşı yönəlmiş hərbi-strateji planları Asiya-Sakit Okean regionunda gərginliyi artıra bilər.
"Bununla əlaqədar olaraq, biz Yaponiya tərəfinə keçmişin dərslərini tam xatırlamağın vacibliyini qeyd edirik. Tokio militarizm siyasətinin nəyə gətirib çıxardığını yaxşı bilir", - deyə Rusiya XİN-nin məlumatına vurğulanıb.