Rusiyada 4 nəfəri öldürən hannibalın həbsdən azad olunaraq Ukraynada döyüşdüyü məlum olub.
APA Sibreal.org saytına istinadən xəbər verir ki, 2018-ci ildə qəsdən adam öldürməkdə ittiham olunaraq 22 il müddətinə azadlıqdan məhrum edilən Saxalin vilayətinin sakini Denis Qorinin əfv olunaraq Ukrayna ilə müharibəyə yollandığı məlum olub.
Onun əfv olunduğu və Ukraynadakı döyüşlərdə aldığı xəsarətlərlə bağlı hazırda Yuxno-Saxalinsk xəstəxanasında müalicə aldığı bildirilib.
Qorinin ilk dəfə 2003-cü ildə qətl törətməkdə və öldürülən şəxsin cəsədini murdarlamaqda təqsirli bilib. Məhkəmə onu 10 il müddətinə həbsə məhkum edilib. Nümunəvi davranışına görə 2010-cu ildə koloniyadan şərti olaraq azad edilən Qorin yenə cinayətlər törətməkdə davam edib.
2011-ci ilin iyununda Denis Qorin qardaşı Yevgeni ilə birlikdə bir kişini vəhşicəsinə döyüblər. Həmin şəxs huşsuz vəziyyətdə ikən Yevgeni Qorin onu bıçaqlayaraq qətlə yetirib. 2012-ci ilin yanvarında isə Qorin qardaşları daha bir nəfəri öldürüblər.
2012-ci ilin yayında Denis Qorinin törətdiyi ən azı 4 qətlin üstü açılıb. İstintaqın məlumatına görə, 2010-cu ilin noyabrında o, əvvəlcə bir nəfəri öldürüb, sonra isə meyitin ayaqlarından kəsdiyi əti yuyub, soyuducuya qoyub, sonra isə yeyib. Məhkəmə Qorini cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 22 il müddətinə azadlıqdan məhrum edib.