Bank Of Baku

Rusiyada 4-ü uşaq olmaqla 5 nəfər yol qəzasında ölüb

Rusiyada 4-ü uşaq olmaqla 5 nəfər yol qəzasında ölüb
# 06 sentyabr 2022 03:58 (UTC +04:00)

Rusiyanın Altay diyarında ağır qəza olub.

APA “Gazeta.ru” saytına istinadən xəbər verir ki, yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər ölüb.

Ölənlərdən 4-ü uşaqdır.

“Əməliyyat tədbirinə Rusiya Fövqəladə Hallar Nazirliyindən ümumilikdə 13 nəfər canlı qüvvə və 5 texnika cəlb olunub”, - deyə nazirlikdən bildiriblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı araşdırma aparır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR