Bank Of Baku

Rusiyada 41 minə yaxın uşaq COVID-ə qarşı peyvənd olunub

Rusiyada 41 minə yaxın uşaq COVID-ə qarşı peyvənd olunub
# 08 fevral 2022 17:59 (UTC +04:00)

Rusiyada 41 000-ə yaxın uşaq koronavirus infeksiyasına qarşı peyvənd olunub.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko COVID-19 ilə mübarizə üzrə hökumət yanında koordinasiya şurasının iclasında bildirib.

O, Rusiyanın bütün regionlarının 12-17 yaşlı sakinlərinin peyvənd oluna biləcəyinə aydınlıq gətirib və peyvənd olunmanın könüllü olduğunu söyləyib.

Muraşko onu da bildirib ki, uşaqlar digər ştamlarla müqayisədə Omikrona 2,5 dəfə daha çox yoluxurlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR