Rusiyanın Kamçatka yarımadasının şərq sahilləri yaxınlığında 4,3 bal gücündə zəlzələ baş verib.
APA xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsindən məlumat verilib.
Qeyd olunub ki, yeraltı təkanları rayon sakinləri hiss ediblər.
Məlumata əsasən, zəlzələnin maqnitudası 4,3, episentri isə 16,9 km dərinlikdə olub.