Rusiyada ABŞ Mərkəzi Kəşfiyyat Xidmətinə (CIA) casusluq edən Firuz Dadoboyevə hökm oxunub.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidmətinin (FSB) İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
Bildirilib ki, ikili vətəndaşlığı olan moskvalı İT mütəxəssisi Firuz Dadaboev ABŞ-nin xeyrinə vətənə xəyanətdə ittiham olunaraq cəzasını ciddi rejimli kolonoyada çəkməklə 13,5 il müddətinə azadlıqdan məhrum edilib.
O, 2022-ci ilin oktyabrında toplanmış məxfi materialları Mərkəzi Kəşfiyyat Xidmətinə ötürmək istəyərkən saxlanılıb. Dadaboyev təqsirini etiraf edib və əməlindən peşman olduğunu bildirib.