Rusiyanın Saratov vilayətindəki “Engels” hərbi aerodromunun üzərində hava hücumundan müdafiə (HHM) sistemləri tərəfindən Ukraynaya məxsus pilotsuz uçuş aparatı (PUA) vurulub.
APA TASS-a istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə bildirib.
Qeyd edilib ki, PUA-nın hücumunun qarşısı alınan zaman qalıqların düşməsi nəticəsində aerodromda olan texniki heyətin üç rusiyalı hərbçisi həlak olub, aviasiya texnikasına ziyan dəyməyib.