Bank Of Baku

Rusiyada altı fəhlə yanaraq ölüb

Rusiyada altı fəhlə yanaraq ölüb
# 24 dekabr 2024 09:51 (UTC +04:00)

Rusiya Federasiyasının Tatarıstan Respublikasında yanğında altı nəfər ölüb.

APA-nın xəbərinə görə, Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Maloreçensk qəsəbəsində heyvandarlıq kompleksinin ərazisində fəhlələrin müvəqqəti yaşadığı evdə yanğın baş verib.

Yanğın söndürüləndən sonra hadisə yerində altı kişinin meyiti aşkarlanıb.

Məlumatda bildirilir ki, yanğın 300 kv.m sahəni əhatə edib.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR