Rusiyanın Krasnoyarsk diyarında avtobusun minik maçını ilə toqquşması nəticəsində 4 nəfər ölüb, 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər Kuraqinsk rayonunun Koşurnikovo qəsəbəsi ərazisində baş verib.
Qəza zamanı avtobusda 15 nəfər olub.
Avtobusun minik avtomobili ilə toqquşması nəticəsində maşının sürücüsü və sərnişinləri ölüb, ölənlərdən ikisinin yeniyetmə olduğu bildirilir. Qəzada avtobusun 3 sərnişini xəsarət alıb.
Qəzanın detalları araşdırılır.
İlkin məlumata görə, “Nissan Almera” markalı minik avtomobili qarşı hərəkət zolağına çıxıb, nəticədə toqquşma baş verib.
Minik avtomobilində baba, nənə, onların 17 yaşlı nəvəsi və eyni yaşlı yaxını olub. Yeniyetmələrdən birinin yanvarın 13-də ad günü olmalıymış.