Rusiya Federasiyasının Rostov vilayətində magistral yolda baş verən qəzada 8 nəfər ölüb.
APA-nın RenTV-yə istinadən verdiyi məlumata görə, bu barədə vilayətin qubernatoru Vasili Qolubev bildirib.
Onun sözlərinə görə, Volqodonsk vilayətində iki avtomobil toqquşub. Ölənlər arasında dörd uşaq da var.