Rusiyanın Krasnoyarsk bölgəsində yerləşən “Erqaki” Milli Parkında ayı 13 nəfərdən ibarət turist qrupuna hücum edib.
APA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional qərargahı məlumat yayıb.
Hadisə nəticəsində 2 nəfər xəsarət alıb, onlardan biri – 16 yaşlı yeniyetmə dünyasını dəyişib.
Turist qrupu dərhal marşrutdan çıxarılıb.
Federal İstintaq Komitəsinin regional idarəsində istintaq başladılıb.
Qeyd edək ki, "Erqaki" parkı Krasnoyarsk bölgəsinin cənubunda yerləşir. Sahəsi 342 min hektardır.