Rusiyanın İrkutsk vilayətində ayılar iki kişini öldürüb.
APA-nın Rusiya bürosu xəbər verir ki, onlardan birinin meyiti Tareya çayındakı qış daxmasının yaxınlığında tapılıb.
İkinci meyitin qalıqları Kaymanovo kəndi yaxınlığındakı meşədə aşkar edilib.
İstintaq Komitəsi hadisənin təfərrüatlarını araşdırır.
Qeyd edək ki, Rusiyanın şərq və şimal regionlarında son vaxtlar ayıların dinc sakinlərə hücumu intensiv hal alıb. Rusiya İstintaq Komitəsi və regional qurumların məlumatına görə, 2026-cı ilin yazından oktyabr ayına qədər Rusiyada ayı hücumlarından ən azı 25 nəfər ölüb. Ayı hücumları ən çox Krasnoyarsk diyarı, İrkutksk, Tomsk vilayətləri, Buryatiya, Altay respublikaları, Kamçatka və Xabarovsk diyarları və Saxalində qeydə alınıb.