Bank Of Baku

Rusiyada barıt zavodunda partlayış olub, 5 nəfər ölüb - YENİLƏNİB

Rusiyada barıt zavodunda partlayış olub, 5 nəfər ölüb - YENİLƏNİB
# 21 iyun 2023 00:52 (UTC +04:00)

Rusiyanın Tambov vilayətində barıt zavodunun binasında baş verən partlayışda ölənlərin sayı artıb.

APA xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Partlayışdan sonra ölənlərin sayı 5-ə çatıb.

Qubernator Maksim Yeqorovun sözlərinə görə, yanğına səbəb insan faktoru olub.

***

Saat 16:42

Rusiyanın Tambov vilayətində barıt zavodunun binasında partlayış baş verib.

APA-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində 4 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Tambov vilayətinin başçısı barıt zavodunda partlayış nəticəsində ölənlərin olduğunu təsdiqləyib. Bildirib ki, Tambov barıt zavodunda partlayışa insan amili səbəb olub.

O əlavə edib ki, barıt zavodundankı partlayışdan sonra zavodun işçiləri və qonşuluqdakı yaşayış məntəqəsinin sakinləri üçün heç bir təhlükə yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR