Rusiya polisi Rostov vilayətində beş nəfərin qətlində şübhəli bilinən şəxsi saxlayıb.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Rostov vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.
Məlumatda oktyabrın 22-də Rostov vilayətinin Orlov rayonunda baş vermiş kütləvi qətl hadisəsində şübhəli bilinən 39 yaşlı şəxsin saxlanıldığı deyilir.
Hüquq-mühafizə orqanları kütləvi qətldə əli olan digər şübhəli şəxslərin də tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirirlər.
Qeyd edək ki, Rostov vilayətinin Orel bölgəsindəki fermalardan birində baş verən silahlı atışmada 5 nəfər ölüb, 2 nəfər yaralanıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Polisin bildirdiyinə görə, yerli sakinlər arasında mal-qara üçün nəzərdə tutulmuş otlaq sahələrin üstündə mübahisə yaranıb. Tərəflər sonradan silaha əl atıblar.