Rusiyanın Buryatiya vilayətindəki Taya çayı boyunca iki katamaranla üzən beş turist itkin düşüb.
APA xəbər verir ki, bu barədə Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin bölgə üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Xilasedicilər insanlarn axtarışına başlayıb.
Əməliyyatlara beş nəfər və iki ədəd texnika cəlb olunub. Axtarış-xilasetmə dəstəsi Mi-8 helikopteri ilə Şimal-Baykal rayonuna çatdırılıb.