Bank Of Baku

Rusiyada binada partlayış olub, 9 nəfərin dağıntılar altında qaldığı ehtimal olunur - VİDEO - YENİLƏNİB

Rusiyada binada partlayış olub, 9 nəfərin dağıntılar altında qaldığı ehtimal olunur - VİDEO  - YENİLƏNİB
# 01 avqust 2024 12:35 (UTC +04:00)

Rusiyanın Nijni Tagil şəhərində beşmərtəbəli yaşayış binasında partlayış zamanı uçmuş evin dağıntıları altında 9 nəfər qala bilər.

APA Rusiya KİV-nə istinadən xəbər verir ki, axtarışı aparılan 9 nəfərdən 4-nün uşaq olduğu bildirilir.

Hazırda 3 uşaq və 3 böyük xilas edilərək xəstəxanaya yerləşdirilib. Dağıntıların təmizlənməsi davam edir.

***

11:49

Rusiyanın Nijni Tagil şəhərində beşmərtəbəli yaşayış binasında partlayış baş verib.

APA-nın TASS-a istinadən xəbərinə görə, hadisəyə qaz balonunun partlaması səbəb olub. Nəticədə xəsarət alanların olduğu bildirilir.

Əraziyə xilasedicilər və təcili yardım briqadaları cəlb edilib.

Dağıntılar altında qalanların olduğu bildirilir. Onlar qışqıraraq kömək istəyirlər.

Hazırda dağıntılar altında qalanların xilası üzrə işlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR