Bank Of Baku

Rusiyada bu il 385 min nəfər hərbi xidmətə qəbul olunub

Rusiyada bu il 385 min nəfər hərbi xidmətə qəbul olunub
# 25 oktyabr 2023 19:05 (UTC +04:00)

Gələn il Rusiya Silahlı Qüvvələri daha bir ordu korpusu, 7 diviziya, 19 briqada, 49 alay və donanma yaratmağı planlaşdırır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Rusiya Federasiyası Silahlı Qüvvələrinin kompleksləşdirilməsi ilə bağlı keçirdiyi müşavirədə bildirib.

O, prezident Vladimir Putinin 2024-cü ildə Rusiya Silahlı Qüvvələrinin müqaviləli hərbçilərin kompleksləşdirilməsinin başa çatdırılmasını davam etdirməyi tapşırdığını söyləyib.

"Hərbi xidmətə seçim tempi əhəmiyyətli dərəcədə artıb, hər gün 1600-dən çox insan Rusiya Silahlı Qüvvələri ilə müqavilə bağlayır. İlin əvvəlindən 385 min nəfər hərbi xidmətə qəbul olunub, onlardan 305 mini müqaviləli hərbçi, 80 mini könüllüdür", deyə Medvedyev qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR