Bank Of Baku

Rusiyada bu ilin əvvəlindən 1,6 mindən çox insan su hövzələrində həlak olub

Rusiyada bu ilin əvvəlindən 1,6 mindən çox insan su hövzələrində həlak olub
# 08 iyul 2024 16:19 (UTC +04:00)

Bu ilin əvvəlindən Rusiyada 1,6 mindən çox insan su hövzələrində həlak olub.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkov bildirib.

Onun sözlərinə görə, ölənlərin 200-dən çoxu uşaqdır.

“Bu rəqəmlərdən mindən çox insanın, o cümlədən 180-dən çox uşağın ölümü yay aylarında baş verib. Faciələrin əsas pik həddi həftə sonları, qeyri-adi istilər zamanı əhalinin su hövzələrinə meyl etdiyi vaxtlara təsadüf edir. Təhlükəsizlik qaydalarına məhəl qoymamaq, qadağan olunan yerlərdə çimmək, uşaqları nəzarətsiz qoymaq çox vaxt faciə ilə nəticələnir", - deyə Rusiya FHN rəhbəri qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR