Bank Of Baku

Rusiyada COVID-19-a yoluxmada yeni antirekord qeydə alınıb

Rusiyada COVID-19-a yoluxmada yeni antirekord qeydə alınıb
# 02 fevral 2022 12:47 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 141 883 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, COVID-19 pandemiyası dövründə ən çox gündəlik yoluxma halı qeydə alınıb.

Bununla da, Rusiyada COVID-19-a yoluxanların sayı 12 128 796 nəfərə çatıb.

Son sutka ərzində 678 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 332 690 nəfərə çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR