Rusiyada daha 1028 nəfər koronavirusdan ölüb

Rusiyada daha 1028 nəfər koronavirusdan ölüb
# 20 oktyabr 2021 12:34 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 34 073 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 8 094 825 nəfərə çatıb.

Son sutka ərzində 1 028 nəfərin COVID-19-dan öldüyü bildirilib. Ümumilikdə Rusiyada bu virusdan ölənlərin sayı 226 353 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya, Türkiyədən sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR