Bank Of Baku

Rusiyada daha 28 343 nəfər COVID-19-a yoluxub

Rusiyada daha 28 343 nəfər COVID-19-a yoluxub
# 14 dekabr 2021 12:49 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 28 343 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 10 074 797 nəfərə çatıb.

Son sutka ərzində 1145 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 291 749 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya və Almaniyadan sonra dördüncü yerdə gəlir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR