Rusiyada dəmir yolunda partlayış olub, yük qatarı relsdən çıxıb

Rusiyada dəmir yolunda partlayış olub, yük qatarı relsdən çıxıb
# 11 sentyabr 2024 09:57 (UTC +04:00)

Ötən axşam Rusiyanın Belqorod vilayətində dəmir yolu üzərindəki partlayıcı qurğunun işə düşməsi nəticəsində yük qatarı relsdən çıxıb.

APA-nın Rusiya mətbuatına istinadən məlumatına görə, “Bataysk – Starıy Oskol” marşrutu üzrə hərəkət edən qatarda baş verən hadisə zamanı 10 vaqon yararsız hala düşüb.

Əraziyə minaaxtaranlar və polis cəlb edilib. İlkin xəbərə görə, xəsarət alan olmayıb.

Faktla bağlı Rusiyanın İstintaq Komitəsində cinayət işi qaldırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR