Bank Of Baku

Rusiyada dörd nəfərdə "Sibir xorası" xəstəliyi aşkar edilib

Rusiyada dörd nəfərdə "Sibir xorası" xəstəliyi aşkar edilib
# 05 iyul 2023 13:08 (UTC +04:00)

Rusiyanın Tuva Respublikasının dörd sakininə "Sibir xorası" (qarayara) diaqnozu qoyulub.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə "Rosselxoznadzor"un mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlum diaqnozla ilk xəstə iyun ayının sonunda xəstəxanaya yerləşdirilib .

Regionun Səhiyyə Nazirliyi də dörd nəfərdə "Sibir xorası" diaqnozunun təsdiqləndiyini açıqlayıb.

Rospotrebnadzorun epidemiya əleyhinə bölməsi Tuvada qarayara xəstəliyinin ocağında profilaktik tədbirlər həyata keçirir. Qurumdan bildirib ki, Rusiya Federasiyasında qarayara xəstəliyinin yayılması təhlükəsi istisna edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR