Bank Of Baku

Rusiyada ƏDV artırılacaq

Rusiyada ƏDV artırılacaq
# 24 sentyabr 2025 10:16 (UTC +04:00)

Rusiya Maliyyə Nazirliyi 2026-cı il yanvarın 1-dən əlavə dəyər vergisinin (ƏDV) 22%-ə qədər artırılmasını təklif edib.

APA-nın Moskva bürosuna xəbərinə görə, nazirliyin hökumətə təqdim etdiyi büdcə paketi ilə bağlı press-relizində deyilir ki, ƏDV-nin artırılması ilə toplanan vəsaitlər ilk növbədə müdafiə və təhlükəsizliyin maliyyələşdirilməsi üçün nəzərdə tutulub.

ƏDV-nin 10%-lik güzəştli dərəcəsi bütün sosial əhəmiyyətli mallar, o cümlədən ərzaq, dərman və tibbi məhsullar, uşaq məhsulları və digərləri üçün qüvvədə qalacaq.

Təklif qəbul olunarsa, Rusiya Vergi Məcəlləsinə edilən dəyişikliklər 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR