Bank Of Baku

Rusiyada elektron hərbi çağırış vərəqələrinin yaradılmasına aydınlıq gətirilib

Rusiyada elektron hərbi çağırış vərəqələrinin yaradılmasına aydınlıq gətirilib
# 11 aprel 2023 14:42 (UTC +04:00)

Rusiyada hərbi mükəlləfiyyətli vətəndaşların vahid reyestrinin və elektron çağırış vərəqələrinin yaradılmasına aydınlıq gətirilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov bildirib ki, elektron çağırış vərəqələri haqqında qanun yaz çağırışına şamil edilməyəcək.

Rusiyada yeni səfərbərlik dalğasının planlaşdırılmadığını söyləyən parlamentari hərbi komissarlığa gəlmək üçün çağırış vərəqələrinin alınması ilə bağlı yeni qaydalar təkcə çağırışçılara deyil, həm də bütün hərbi mükəlləfiyyəti olanlara şamil ediləcək.

"Çağırış vərəqəsi hərbi mükəlləfiyyətli vətəndaşın "Qosusluqi"dəki şəxsi kabinetinə yerləşdirildiyi andan qəbul edilmiş hesab ediləcək. Hərbi uçotda olması tələb olunan vətəndaşların ehtiyata qəbulu onların iştirakı olmadan həyata keçirilə bilər" deyə Kartapolov əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR