Rusiyada elmi-tədqiqat institutunda yanğında ölənlərin sayı 9-a çatıb - VİDEO - YENİLƏNİB

Rusiyada elmi-tədqiqat institutunda yanğında ölənlərin sayı 9-a çatıb - VİDEO  - YENİLƏNİB
# 24 iyun 2024 18:55 (UTC +04:00)

Rusiyanın Moskva vilayətində "Platan" Elmi-Tədqiqat İnstitutunun əsas binasında yanğında ölənlərin sayı 9-a çatıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Yanğının sahəsi 4500 kvadrat metrə qədər genişlənib.

İki nəfərin özünü 7-ci mərtəbədən atdığı, 7 nəfərin isə tüstüdən boğularaq öldüyü bildirilib.

Yanğının söndürülməsinə iki yanğınsöndürən helikopter də cəlb olunub.

Alov bütün binanı bürüyüb. Yanğın başlayanda binada olan bir neçə nəfər barədə məlumat yoxdur.

***

18.14

Moskva vilayətində "Platan" Elmi-Tədqiqat İnstitutunun əsas binasında yanğının sahəsi 4 min kvadrat metrə çatıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Artıq iki nəfərin öldüyü bildirilib. Onların özlərini yanan binanın 7-ci mərtəbəsində atdığı qeyd olunub.

FHN-nin məlumatında o da bildirilib ki, binada partlayış olub və bina tamamilə tüstü ilə örtülüb. Binanın daxilində konstruksiyaların uçması baş verib. Yanğını söndürmək üçün əraziyə iki helikopteri cəlb olunub.

***

16:59

Moskva vilayətində "Platan" Elmi-Tədqiqat İnstitutunun əsas binasında yanğın başlayıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə yerli teleqram kanalları videogörüntü yayıb.

Kadrlarda tədqiqat institutunun əsas binasının qara tüstü buludları bürünüb. Mərtəbələrin ikisində açıq yanma müşahidə olunur.

Binanın içində insanların olduğu bildirilib.

Shot Telegram kanalının məlumatına görə, 7 nəfər binanın yeddinci mərtəbəsində sıxışıb qalıb. Xilasedicilər onları elmi-tədqiqat institutunun binasından çıxarmağa çalışır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR