Bank Of Baku

Rusiyada əlverişsiz hava şəraiti nəticəsində 9 nəfər ölüb, 67 nəfər yaralanıb

Rusiyada əlverişsiz hava şəraiti nəticəsində 9 nəfər ölüb, 67 nəfər yaralanıb
# 30 iyul 2023 08:34 (UTC +04:00)

Rusiyanın Volqa federal dairəsində qasırğa olub.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Əlverişsiz hava 9 nəfərin həlak olmasına, 67 nəfərin isə yaralanmasına səbəb olub.

Qeyd olunur ki, Volqa Federal Dairəsinin səkkiz subyektində - Mari El, Çuvaş Respublikası, Nijni Novqorod, Penza, Ulyanovsk, Kirov və Samara vilayətlərində küləyin sürəti 27 m/san olub.

Bundan əvvəl Mari Eldə qasırğa zamanı ağacların aşması nəticəsində 7 nəfər həlak olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR